SON DƏQİQƏ! Prezidentin sabiq köməkçisi Əli Həsənova cinayət işi açıldı
Tarix: 31-08-2020, 23:55 | Bölmə: Gündəm

SON DƏQİQƏ! Prezidentin sabiq köməkçisi Əli Həsənova cinayət işi açıldı"Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Ali Hasanova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar".

GUNinfo.az xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli öz "Facebook" səhifəsində paylaşıb.

Jurnalistin bildirdiyinə görə, bu gün Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: "Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək".Dominant.az




1 087 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər