Hadı Rəcəbli də karantində nəvəsinə möhtəşəm toy etdi – VİDEO
Tarix: 23-08-2020, 16:06 | Bölmə: Gündəm

Hadı Rəcəbli də karantində nəvəsinə möhtəşəm toy etdi – VİDEOBir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər trajland;.

Ixa.az xəbər verir ki, sabiq millət vəkilinin L'nkaranda ke,irdiyi mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirildi.

Hadı Rəcəbli də karantində nəvəsinə möhtəşəm toy etdi – VİDEO
Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır.

Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, toy bir neçə gün öncə karantin dövründə olub.

Həmin görüntüləri təqdim edirik:
]

QEYD:
Pandemiya dövründə toy mərasiminin təşkil edilməsi karantin rejimi qaydalarının kobud surətdə pozulması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Əgər ölkə rəhbərliyi pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına tam əməl edirlərsə, sosial statusundan asılı olmayaraq, Hadi Rəcəbli və digər vətəndaşlarında da qanunu pozmağa haqqı yoxdur. Çünki bu, açıq-aşkar cəmiyyətə etinasızlıq, qanunlara hörmətsizlikdir.. Azərbaycan hüquqi dövlətdir və heç kim qanundan üstün deyil. Qanunu pozana, qaydalara əməl etməyənlərə ən ciddi cəza verilməlidir və verilir...




670 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər