Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı
Tarix: 1-08-2020, 10:26 | Bölmə: Gündəm

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldıErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.




2 189 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
27-02-2018, 12:50 Atəşkəs yenə pozuldu
15-02-2018, 13:44 Cəbhədə gərginlik artır
14-02-2018, 13:08 Kəndlərimiz atəşə tutuldu